26 
Apr
2017
14:11
72
322
30551
Virtual karabakh

Özündən 28 yaş kiçik xanımla evlənən polkovnik danışdı

26 Apr, 2017
14:11
30551

Özündən 28 yaş kiçik xanımla evlənən polkovnik danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə toyu barədə Ölkə.Az-a açıqlama verib.

Oxu.Az xəbər verir ki, 60 yaşlı polkovnik beşinci dəfə evlənməsi barədə yayılan xəbərləri təkzib edib.

“Xeyr, mən üçüncü dəfədir evlənirəm. Mən özüm boşanmamışam. Boşanma avtomatik olub. Biz uzun illər bir yerdə yaşamamışıq. Bu da məndən asılı olmayan səbəblər idi, müharibənin fəsadlarıydı. Ona görə biz yadlaşmışdıq və ayrıldıq. Üç oğlum var. Oğlanlarım yetkinlik yaşına çatıblar, birinin yaşı 30-u keçib”, - deyə o vurğulayıb.

Polkovnik bildirib ki, bu, onun sonuncu evliliyi olacaq:

“Bu, artıq sonuncu evliliyimdir. İkinci dəfə evlənəndə də deyirdim ki, sonuncu dəfədir. Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiynə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış etmişdilər. 

Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub”.

Qeyd edək ki, ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin özündən 28 yaş kiçik olan Gülşən Heydərova ilə ailə qurması mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri