26 
Apr
2017
17:34
10
256
2466
Virtual karabakh

Fəhlələr hündürmərtəbəli binadan niyə yıxılıb ölürlər?

26 Apr, 2017
17:34
2466

Fəhlələr hündürmərtəbəli binadan niyə yıxılıb ölürlər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra nöqsanlar mövcuddur.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

F.Əlizadə bildirib ki, xüsusilə, tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazımi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib:

“Bir də görürsən ki, hər hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən, texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri