27 
Apr
2017
15:43
424
17
9477
Virtual karabakh

“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçiriblər

27 Apr, 2017
15:43
9477

“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçiriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.

Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.

Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri