27 
Apr
2017
13:10
252
24
6796
yuxarı
Sulu qəlyandan da istifadə məhdudlaşdırıldı
27 Apr, 2017
13:10
6796
252
24
Sulu qəlyandan da istifadə məhdudlaşdırıldı
Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan da istifadə qadağan olunur.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
Bu gün MM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.
Z.Q.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək