27 
Apr
2017
15:18
231
15
4576
Virtual karabakh

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi – FOTO

27 Apr, 2017
15:18
4576

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.

Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan prezidenti bildirib:

“Bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.

Qazaxıstan Respublikası prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assambleyanın sədri ölkə prezidenti Nursultan Nazarbayevdir.

Qeyd edək ki, A.Xamedov həm də iş adamıdır.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri