27 
Apr
2017
19:13
330
180
4316
Virtual karabakh

Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır

27 Apr, 2017
19:13
4316

Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il ölkə üzrə keçirilən 9-cu sinif buraxılış imtahanında iştirak edən şagirdlərin 53,93 faizini (56484 nəfər) oğlanlar, 46,07 faizi (48245) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin isə 55,81 faizi (47293) oğlan, 44,19 faizi (37444 nəfər) qız olub.

Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, hər iki imtahanda qız və oğlanların nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur.

Cənub zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarında 9-cu sinif şagirdlərinin 47,21 faizi qızlar təşkil edirsə, 11-ci sinif şagirdlərinin arasında bu göstərici 40,81 faizdir. 

11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Cənub rayonlarında bu azalmanın əsas səbəbi region üçün xarakterik olan erkən nikahlardır. 

Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərin göstəricilərinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları yüksəkdir. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstərir.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri