27 
Apr
2017
18:25
185
22
2238
Virtual karabakh

Azərbaycanlılar Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçiriblər

27 Apr, 2017
18:25
2238

Azərbaycanlılar Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçiriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada yaşayan azərbaycanlılar bu gün Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

Bundan başqa, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yumduğuna görə də Avropa Şurası protest edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri