28 
Apr
2017
12:12
655
69
41866
Virtual karabakh

Şəhid polkovnikin xanımı: Heç bir vəzifəyə təyinat almamışam – YENİLƏNİB

28 Apr, 2017
12:12
41866

Şəhid polkovnikin xanımı: Heç bir vəzifəyə təyinat almamışam – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin “Aprel döyüşləri”ndə şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbər haqda açıqlama verib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, S.Orucova bildirib ki, o, Dövlət Komitəsində heç bir vəzifəyə təyinat almayıb. 

O, jurnalistlərdən də narazılıq edib:

“Mən 9 aydır komitədə işləyirəm. Amma komitənin Gender siyasəti və qadın problemləri şöbəsində aparıcı məsləhətçini əvəz edirəm. Yəni, daimi işim deyil. Heç bir vəzifəyə təyinatdan söhbət getmir. Güman edirəm ki, özünü jurnalist sayan kimsə məni komitədə görüb, sanki partlayış baş veribmiş kimi bunu dərhal ictimailəşdirib”.

28.04.2017 (18:45)

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.

Oxu.Az Femida.az-a istinadən xəbər verir ki, Sevinc Orucova Komitənin Gender Siyasəti və Qadın Problemləri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 

Komitənin İnformasiya Şöbəsindən faktı təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri