27 
Apr
2017
21:39
307
108
8942
Virtual karabakh

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

27 Apr, 2017
21:39
8942

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda sünü balıq gölü sakinlər tərəfindən dağıdılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Avad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, yerli sakinlər həmin kəndin ərazisində yerləşən süni balıq gölünü dağıdaraq suyunu və balıqlarını Kür çayına axıdıblar. 

Sakinlər bildiriblər ki, süni balıq gölü kənd qəbiristanlığının yanında yerləşdiyindən nohurdan sızan sular qəbir yerlərinə dolaraq ziyan verməklə yanaşı, ərazidə bataqlıq əmələ gətirir.  

Bununla bağlı dəfələrlə adiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər süni balıq gölünün Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçsının müavini Əsgərxan Həsənovun himayəsində olduğundan dağıdılması barədə qərar çıxarılmadığını söyləyiblər.

RİH-in Avad kənd ərazi icra nümayəndəsi Lətif Mustafayev bildirib ki, süni göl sakinlər tərəfindən dağıdıldıqdan sonra fəaliyyəti dayandırılıb: 

“Kənd sakinləri kütləvi şəkildə süni gölü dağıdıblar. Süni göl dağıdıldıqdan sonra bərpa edilməyib. Bu göl kənd sakini Abduləli Kərimovun adına rəsmiləşdirilib. Gölün kimin himayəsində olması ilə bağlı sualı isə sahibkarın özünə versəniz, daha yaxşı olar”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri