28 
Apr
2017
14:06
10
266
2174
Virtual karabakh

Bir ildə 13758 azərbaycanlı məhkum olunub – STATİSTİKA

28 Apr, 2017
14:06
2174

Bir ildə 13758 azərbaycanlı məhkum olunub – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ildə Azərbaycanda 13758 nəfər məhkum olunub.

Oxu.Az-ın məlumatına görə, Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 563 nəfəri fəhlə, 54 nəfəri qulluqçu, 44 nəfəri kənd təsərrüfatı işçisi, 1175 nəfəri hərbi qulluqçu, 67 nəfəri isə şagird və tələbələrdir.

Məhkum olunan 8389 nəfər əmək qabiliyyəti olub işləməyən və oxumayan, 3466 nəfəri isə digər işlərlə məşğul olanlardır.

Həmçinin, məhkumlardan 1210 nəfəri ali, 10639 nəfəri tam və orta ixtisas, 1909 nəfəri digər təhsil alanlar və ya təhsilsizlərdir.

Rəsmi məlumata görə, məhkum olunanlardan 13674 nəfəri Azərbaycan Respublikasının vətəndaşı, 84 nəfəri əcnəbi və vətəndaşlığı olmayandır.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri