28 
Apr
2017
13:46
55
378
49439
Virtual karabakh

Bakıda yolun ortasında qəfil peyda olan “ruh”lar – VİDEO

28 Apr, 2017
13:46
49439

Bakıda yolun ortasında qəfil peyda olan “ruh”lar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə vaxtı Bakıda yolun hərəkət hissəsini ruh kimi keçən bir neçə piyadanın görüntüsü avtomobildə quraşıdırlmış videoregistrator tərəfindən qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, Avtosfer.az-a oxucu tərəfindən göndərilən videodan da göründüyü kimi, yaxınlıqda piyada keçidinin olmasına baxmayaraq bir qrup gənc yolun müəyyən olunmayan hissəsindən keçərək avtomobillərə təhlükə yaradıblar.

Qayda pozmaqları bir yana, yolu elə asta keçirlər ki, sanki bunlar haradan necə gəldi istəsələr elə də keçə bilərlər. Onların sərxoş halda olduğu ehtimal edilir.

Gecə piyadaların vurulması halları ilə bağlı aldığımız xəbərlərin əksəriyyəti bu cür intizamsız, savadsız və lovğa insanların ucbatından baş verir. Və sonda həm öz həyatlarını itirirlər, həm də ki, sürücülərin həyatını məhv edirlər.

 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri