28 
Apr
2017
18:05
179
68
5563
Virtual karabakh

DİN-in nümayəndə heyəti Dağıstandadır

28 Apr, 2017
18:05
5563

DİN-in nümayəndə heyəti Dağıstandadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası DİN-in nümayəndə heyəti Dağıstanda görüş keçirib.

Oxu.Az axar.az-a  istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının daxili işlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilmişdir.

Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Müzakirələr zamanı hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğunluğu bildirilmiş, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, ekstremizmə qarşı mübarizədə səylərin artırılmasının, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Vilayət Eyvazovla yanaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, eləcə də şimal sərhəd rayonlarının polis rəisləri iştirak ediblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri