28 
Apr
2017
21:42
44
284
33444
Virtual karabakh

Azərbaycanda ən çox boşanma qeydə alınan şəhərlər – SİYAHI

28 Apr, 2017
21:42
33444

Azərbaycanda ən çox boşanma qeydə alınan şəhərlər – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daha çox nikah və boşanma qeydə alınan şəhərlərin adları açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə qeydə alınan 66771 nikaha daxilolma halından ən çoxu Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb:

“Müvafiq olaraq Bakıda 16811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb”.

L.Kərimova qeyd edib ki, 13114 boşanma halından ən çoxu Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb:

“Müvafiq olaraq Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda 313 boşanma faktı qeydə alınıb”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri