29 
Apr
2017
12:32
48
208
4645
Virtual karabakh

Azərbaycanda məktəbi bitirən məzunların sayı azalıb

29 Apr, 2017
12:32
4645

Azərbaycanda məktəbi bitirən məzunların sayı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. 

Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 

2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97328 nəfər olan məzun sayı 2014-cü ildə 84878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1212 nəfər azalıb. 

Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə, 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib. 

Hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbulolma şansını artırır. 2016-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2,905 yer artıb. 2010-cu ildə qəbul planı 30510, 2011-ci ildə 31419, 2012-ci ildə 34098, 2013-cü ildə 36537, 2014-cü ildə 37841, 2015-ci ildə 38831 və nəhayət, 2016-cı ildə 41736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri