29 
Apr
2017
12:43
138
206
14518
Virtual karabakh

Sabah şimşək çaxacaq, yağış yağacaq

29 Apr, 2017
12:43
14518

Sabah şimşək çaxacaq, yağış yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz  60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri