29 
Apr
2017
14:07
51
190
11373
Virtual karabakh

Gömrükdə əl arabasının borularından 129 qram qızıl tapıldı – FOTO

29 Apr, 2017
14:07
11373

Gömrükdə əl arabasının borularından 129 qram qızıl tapıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri