Okt
2017
11:16
76
49
13339
Virtual karabakh

Azərbaycanda kreditlərlə bağlı yenilik

8 Okt, 2017
11:16
13339

Azərbaycanda kreditlərlə bağlı yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.

Oxu.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, “Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri