May
2017
10:58
139
61
7700
Virtual karabakh

Azərbaycandan Rusiyaya yol bağlanır

2 May, 2017
10:58
7700

Azərbaycandan Rusiyaya yol bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar Azərbaycandan gedən TIR-ların sərhədi keçməsi mümkün olmayacaq.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda RİA Dagestan agentliyi bildirir.

Belə ki, “Yaraq-Qazmalar”da körpü tikintisi ilə bağlı hərəkətin dayandırılacağı bir vaxtda TIR-ların hərəkəti üçün alternativ marşrut mövcud deyil. Çünki “Yaraq-Qazmalar” TIR-ların hərəkəti üçün yeganə münasib məntəqədir.

“Ehtiyat variant” kimi ağır tonnajlı yük maşınlarının “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsindən keçməsi təklif olunur. Lakin bu marşrutun da öz problemi var - oradan federal “Qafqaz” şosesinə çıxan yol mövcud deyil. 

Məlumata görə körpünün tikintisi yaxın vaxtlarda başlayacaq. “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsini federal şose ilə birləşdirən yolun tikintisi isə bu il ərzində başlamalıdır. Hazırda Dağıstan hökuməti mümkün variant kimi “Tahirkənd-Qazmalar”dan “Qafqaz” federal şosesinə qədər asfalt örtüyü olmayan müvəqqəti yolun salınmasını nəzərdən keçirir. İstənilən halda körpü tikintisi Azərbaycan-Rusiya sərhədində nəqliyyat kollapsına gətirib çıxara bilər.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri