11 
May
2017
11:22
27
197
18117
Virtual karabakh

Azərbaycanda güclü zəlzələ baş verib – FOTO + YENİLƏNİB

11 May, 2017
11:22
18117

Azərbaycanda güclü zəlzələ baş verib – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı rayonu ərazisində daha bir zəlzələ baş verib.

Oxu.Az-ın Respublika Seysmoloji Xidmət Mərkəziə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 10.50-də qeydə alınıb.  

Zəlzələnin maqnitudası 3,3 olub.

46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

08:35

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda yeraltı təkanların Saatlı rayonu ərazisində qeydə alındığı bildirilir.

“İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km dərinlikdə olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, zəlzələ Şirvan, Salyan, Lənkəran, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.   

APA-nın məlumatına əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri