16 
May
2017
16:16
45
762
72125
Virtual karabakh

Bakıda qadının intihar anı kameraya düşdü – VİDEO (18+) + YENİLƏNİB

16 May, 2017
16:16
72125

Bakıda qadının intihar anı kameraya düşdü – VİDEO (18+) + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, özünü Qoqol küçəsindəki binadan ataraq intihar edən 31 yaşlı Susanna Şərifova evli, 2 uşaq anası olub. Lakin onun həyat yoldaşı ilə rəsmi nikahı olmayıb.

Bildirilir ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez aralarında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

15.05.2017 (18:16)

Bakının Nəsimi rayonun baş vermiş intihar hadisəsinin görüntüləri yayılıb.
 
Oxu.Az BAKU.WS-a istinadan xəbər verir ki, 1986-cı il təvəllüdlü Şərifova Susanna Şakir qızı intihar məqsədilə özünü 3-cü mərtəbədən atıb.
 
O, xəstəxanaya aparılarkən yolda keçinib.
 
İntiharın səbəbi araşdırılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri