17 
May
2017
16:29
26
62
1658
Virtual karabakh

Dilçilik İnstitutu MTRŞ-dan illik vəsait tələb edir

17 May, 2017
16:29
1658

Dilçilik İnstitutu MTRŞ-dan illik vəsait tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu televiziya və radiolarda Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı monitorinqlərin aparılması üçün Milli Televiziya və Radio Şurasından (MTRŞ) illik vəsait tələb edib.

Oxu.Az-ın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, telekanallarda dilin qorunması ilə bağlı prosesləri davam etdirmək lazımdır.

AMEA-nın Dilçilik İnstitutunda xüsusi monitorinq şöbəsinin olduğunu bildirən N.Məhərrəmli qeyd edib ki, onlarla müəyyən vaxtlarda işlər görülərək nəticələr açıqlanıb: 

“Bu yaxınlarda “Elektron Media Yardım Fondu” Milli Televiziya və Radio Şurasına müraciət etdi ki, Azərbaycan dili ilə bağlı monitorinqləri davam etdirsin. Bununla bağlı Dilçilik İnstitutuna müraciət etdik ki, buyurun gəlin və sizdə bu prosesdə iştirak edib. Ancaq onlar bildirdilər ki, vəsait ödədikdən sonra iş görməlidirlər. Təbii ki, qeyri-hökumət təşkilatı onlara müəyyən miqdarda vəsait ödəyəcəkdi. Ancaq illik vəsait istəyirlər və hesab edirlər ki, bütün qurumlar onlara müraciət etməlidir. İnstitut monitorinq apararaq, Azərbaycan dilinin mövcud vəziyyəti haqqında nəticələri elan etməlidir. Bu, səhv fikirdir. MTRŞ bu məsələyə hər zaman xüsusi önəm verir və mümkün vasitələrlə işləri davam etdirəcək”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri