17 
May
2017
21:31
28
107
5122
Virtual karabakh

Bəzi məktəblər müəllimləri işə müsabiqədənkənar qəbul edəcək

17 May, 2017
21:31
5122

Bəzi məktəblər müəllimləri işə müsabiqədənkənar qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı is' dəqiq məlumat yoxdur”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E. Bağırov qeyd edib ki, bu il bəzi təhsil müəssisələrinə müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib:

"10 belə müəssisə müəyyənləşib. Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Müəllimin, namizədin təyinatı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır".

Onun sözlərinə görə, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir:

“Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər. Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

Nazirlik rəsmisi əlavə edib ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib, müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilib:

“Bu il isə bir qədər fərqli olacaq və peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək”.

Z.Q.
www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri