18 
May
2017
10:25
161
22
16523
Virtual karabakh

Azərbaycanın ali məktəblərində təhsil haqqı aşağı salındı – SİYAHI

18 May, 2017
10:25
16523

Azərbaycanın ali məktəblərində təhsil haqqı aşağı salındı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, bu özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib.

Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Ən az nəticə isə Odlar Yurdu Universitetində idi – cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi.

Universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.

Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Ötən il Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) fakültəsində təhsil haqqı 1800 manat, qalanlarında 2000 manat idi.

Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər. “Ötən il bizim ali məktəbdə təhsil haqqı bəzi universitetlərdən aşağı idi. Ona görə də biz yerlərin boş qalması problemi ilə üzləşmədik. Bu il də müəyyən addımlar atdıq ki, daha effektiv tələbə cəlb edək”.

ADA Universitetində qiymətlər dəyişməyib. Burada bakalavr pilləsində təhsil haqqı 6000-6500 manat arasında dəyişir. Magistr təhsili isə 6500 – 28000 manat arasında dəyişir.

Qərb və bir sıra digər universitetlərdə də qiymətlər ötən illə müqayisədə 50% aşağı salınıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri