18 
May
2017
15:06
36
297
20141
yuxarı
Ağdamda idmançı protein qəbul etməsi nəticəsində ölüb
18 May, 2017
15:06
20141
36
297
Ağdamda idmançı protein qəbul etməsi nəticəsində ölüb
Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, rayonun “Dörd yol – 2” qəsəbəsində məskunlaşan Ağdam rayon sakini, 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qaraciyəri sıradan çıxıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq protein qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb proteini həddindən artıq qəbul etməsi olub.
N.О.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək