19 
May
2017
13:15
57
130
8146
Virtual karabakh

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək: XƏBƏRDARLIQ

19 May, 2017
13:15
8146

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək: XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz  21-26° isti, Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 20-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 21-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlılıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 

Mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri