19 
May
2017
22:31
171
28
6096
Virtual karabakh

Açıq təbiətdə kvest – Valideynlər və uşaqlar üçün əyləncəli zaman - FOTO

19 May, 2017
22:31
6096

Açıq təbiətdə kvest – Valideynlər və uşaqlar üçün əyləncəli zaman - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq ailə günü ərəfəsində “Active Mom's Club” analar cəmiyyəti ilk dəfə valideynlər və uşaqlar üçün oyun marşrutu təşkil etdi.  Aktiv ailələr üçün asudə vaxtın yeni üsullarla təşkili vətəndaşların rəğbətini qazanır.  Komanda şəklində oynamaq kvestə marağı daha da artırır. Belə ki, komanda şəklində oyun zamanı öz fikrini müdafiə etməklə yanaşı, onu sübut etmək və eyni zamanda başqalarının versiyalarını da qiymətləndirmək vacibdir.

Analar cəmiyyəti tərəfindən və peşəkar kəşfiyyatçı komandayla keçirilmiş ailə kvesti öz süjet xətti və atmosferiylə “Xəzinələrin axtarışında” adlanırdı. Macəra kvesti Azərbaycanın ən mənzərəli regionlarından biri olan Nabranın meşə massivində reallaşdı. Səfər proqramı əyləncəli keçdi.  Əvvəlcədən meşədə gizlədilmiş xəzinənin axtarışı - uşaqlarla gəzinti üçün gözəl alternativ oldu.  Öncədən kvestin sonunda gizlədilmiş xəzinəni tapmaq üçün hər şey izah edilmişdi.

Axtarış zamanı iştirakçılar xəzinəni tapmaq üçün ipucu ilə yanaşı baş verənlərdən olduqca böyük məmnuniyyət əldə edirdilər. Onlar bir neçə saatlığına tədqiqatçıya, xəzinə ovçularına çevrilmişdilər. Bu, bütün ailə ilə birlikdə toplanmaq və uşaqdan böyüyə hər kəsin əylənməsinə səbəb olacaq maraqlı üsul oldu.  Kvestin tarixini oyunçular yaradırdı - ata, ana və uşaqlar. Onlardan hər biri bir neçə saatlıq macəra mühitinə qərq olmuşdular.

Səfər çərçivəsində meşədə xəzinə axtarışı ilə yanaşı müxtəlif tematik oyunlar, rəqslər və atəşfəşanlıq da baş tutdu.  Təşkilatçılar əllərindən gələni etmişdi ki, bu istirahət unudulmaz olsun. 

“Active Mom’s Club” -  maarifləndirici və sosial mədəni xarakterli layihələri reallaşdıran analar cəmiyyətidir. Bakıda anaları birləşdirən yeganə cəmiyyət - “Active Moms Club” 2014-cü il yanvar ayında təsis edilib.  “Facebook” sosial şəbəkəsində gənc analarla təcrübə mübadiləsi və ünsiyyət üçün yaradılan faydalı qrupu hal-hazırda öz ətrafında təxminin 5300 insanı birləşdirir.

Analar cəmiyyətinin layihələri:

1. “Analar biznesdə” - Qadın sahibkarlarına dəstək layihəsi

2. “Qadın xoşbəxtliyi emalatxanası” -  özünü inkişaf layihəsi

3. “Ailəvi gəzinti” - Bütün ailə üçün səfər layihəsi 

4. “Faydalı səhər yeməyi” -  Valideynlər üçün maarifləndirici layihə

5. “ARTmosfera” - Ailəvi və uşaq yaradıcılığı layihəsi

6. “Nənələr klubu” - Nənələr üçün yaradıcı layihə

7. “Analar bacarır” -  uğurlu analar haqqında məlumatlandırıcı layihə

8. “Canlı bağlantı” - onlayn rejimdə valideynlər üçün təlim

9. “Ana südü ilə bəslənmə” - Ana südü ilə qidalanmaya dəstək üçün sosial layihə 

10. “Mütəxəssis məsləhəti” - həkimlərin iştirakı ilə maarifləndirmə layihəsi

Klubun resursları:

Qapalı qrup: https://www.facebook.com/groups/activemomsclub/

Şəxsi səhifələr:

https://www.facebook.com/ActiveMomsClub/

https://www.instagram.com/activemomsclubbaku/

“Youtube” kanalı: https://www.youtube.com/channel/UCTPEmIERJjc9_QnjtNUjRdg

Elektorn ünvan: [email protected]

Analar cəmiyyətinin əlaqə nömrəsi: 050 365 45 71.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri