22 
May
2017
08:37
13
253
6080
Virtual karabakh

Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən yerə atıb

22 May, 2017
08:37
6080

Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən yerə atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, Binə qəsəbəsində yerləşən binalardan birinin 5-ci mərtəbəsində yaşayan 16 yaşlı gənc (hələlik adı açıqlanmır) özünü yuxarıdan yerə atıb.

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gəncin yaxınları onun intihar etmək istədiyini bildirsələr də, polis əməkdaşları oğlanın yıxıldığını ehtimal edirlər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri