22 
May
2017
14:38
7
217
3262
Virtual karabakh

Azərbaycanda hepatit virusundan ölənlərin sayı açıqlanıb

22 May, 2017
14:38
3262

Azərbaycanda hepatit virusundan ölənlərin sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Azərbaycanda kəskin hepatit B virusundan 18, C hepatiti virusundan isə 11 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə ölkə üzrə virus hepatitləri (A,B,C və digər formaları) ilə qeydə alınan xəstələrin sayı 319 nəfər təşkil edib. Onlardan 126-da kəskin hepatit B, 120-də isə kəskin hepatit C aşkarlanıb. Ümumilikdə, xəstələrdən 112-si qadın olub.

Xəstələr arasında 0-17 yaşda olan uşaqların sayı 31 nəfər təşkil edib.

Bakı şəhəri üzrə virus hepatiti (A,B,C və digər formaları) ilə 101 nəfər qeydiyyatdadır ki, onlardan 37 nəfəri kəskin hepatit B, 43 nəfəri isə kəskin hepatit C olub. Qadınların sayı isə 37 təşkil edib. Paytaxtda 0-17 yaşda olan uşaqların sayı 6 nəfər təşkil edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri