22 
May
2017
19:14
56
401
33275
Virtual karabakh

Azərbaycanda tanınmış baş həkim xəstəlikdən vəfat edib

22 May, 2017
19:14
33275

Azərbaycanda tanınmış baş həkim xəstəlikdən vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sağlam Ailə” Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.

Qeyd edək ki, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. 
Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.

2013-cü ildən isə “Sağlam Ailə” Tibb Mərkəzində həkim-terapevt eyni zamanda, baş həkim vəzifəsində çalışıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri