22 
May
2017
17:17
22
239
12031
Virtual karabakh

Bakıda güclü yanğın – FOTO + YENİLƏNİB

22 May, 2017
17:17
12031

Bakıda güclü yanğın – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 114 m2 olan ikimərtəbəli ofis binasının çardağının yanar konstruksiyaları 30 m2 sahədə və alkapondan ibarət üzlüyü 15 m2 sahədə yanıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ofisin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın baş verən binada avtomobil təmiri sexi də faəliyyət göstərir.

15:47

Bakının Xətai rayonunun Nobel prospektində (“Fəhlə” prospektində) güclü yanğın başlayıb.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə 59 nömrəli orta məktəbin qarşısında, Kərim Ağakərimov küçəsində yerləşən yağdəyişmə kimi fəaliyyət göstərən məntəqələrdən birinin anbarında yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının sönürülməsi istiqamətində iş aparır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri