22 
May
2017
22:32
75
389
23050
Virtual karabakh

Bakının mərkəzində canavarla gəzdi – VİDEO

22 May, 2017
22:32
23050

Bakının mərkəzində canavarla gəzdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır. Özü də şəhərin mərkəzində insanların sıx olduğu yerə çıxardaraq bu heyvanı gəzdirir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb. Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarı da gəzdirməyə başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki,Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilibdir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri