23 
May
2017
08:37
19
302
7829
yuxarı
Bakıda qayınanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb
23 May, 2017
08:37
7829
19
302
Bakıda qayınanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb
Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.
Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qayınana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
18 
Apr
2024
00:36
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO
3
25
916
17 
Apr
2024
22:32
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - VİDEO
9
45
668