23 
May
2017
13:03
43
102
4532
Virtual karabakh

Sabah hava qeyri-sabit keçəcək

23 May, 2017
13:03
4532

Sabah hava qeyri-sabit keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, Bakıda gecə  15-17 isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri