23 
May
2017
17:59
14
61
2515
Virtual karabakh

Eksternat imtahanlarının nəticələri açıqlanıb

23 May, 2017
17:59
2515

Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 11-13 may 2017-ci il tarixlərində təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. 

Eksternlər hərəsində 10 sual olmaqla, 3 gün ərzində 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər. 

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri