23 
May
2017
18:01
11
59
1306
Virtual karabakh

Peşəkar İntellekt Liqasında 8 tur arxada qalıb

23 May, 2017
18:01
1306

Peşəkar İntellekt Liqasında 8 tur arxada qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasında 8 tur arxada qalıb. 

Oxu.Az xəbər verir ki, liqanın ilk turlarında Bakı biliciləri ilə yanaşı, Mingəçevir, Gəncə, Lənkəran və Beyləqan klublarından olan 30-dan çox komanda iştirak edib. 

Peşəkar İntellekt Liqasının təşkilində məqsəd bilicilərin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, regionlarda intellektual oyunlar hərəkatının inkişafına dəstəkdir.

Liqa cari ilin fevralın 9-da start götürüb. Hazırda 8 turdan sonra “Vendomat”, “Prestige” ilk yerlərdə qərarlaşıblar. “Jagermeister” və “Revolver” komandaları isə 3-ü yeri öz aralarında bölüşdürürlər. 

Peşəkar İntellekt Liqası qaliblərinə “CinemaPlus” tərəfindən təqdim olunan dəvətnamələr və digər hədiyyələr verilib. Turlardan sonra mütəmadi olaraq səsvermə yolu ilə ən yaxşı sual və sual paketləri seçilir.

Peşəkar İntellekt Liqası yarandığı gündən tanınmış bilicilər arasında böyük nüfuz qazanmışdır. “Gənclərin İntellektual İnkişaf Mərkəzi”nin rəhbəri Faiq Hüseynov Liqanı peşəkar yöndə atılmış addım və gələcəyi böyük ümidlər vəd edən layihə, digər tanınmış bilici və İctimai Televiziyanın əməkdaşı Tural Dadaşov isə yerli sual müəlliflərinin, sual ideyalarının tapılmasında xüsusi rolu olacağını bildirmişlər.

Sonda qeyd edək ki, Peşəkar İntellekt Liqası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının maliyyə dəstəyi ilə keçirilir. Oyunlar hər bazar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilir. Əlaqə və digər məlumatlar üçün Klubun səhifəsinə müraciət edə bilərsiniz.  

https://www.facebook.com/Xazarigk/ 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri