24 
May
2017
13:32
42
186
4032
Virtual karabakh

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

24 May, 2017
13:32
4032

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstər mətbuatda, istərsə də xütbələrdə Azərbaycandan başqa digər ölkədə baş verən hər hansı problemə toxunmaq, o barədə danışmaq yolverilməzdir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən iclasda axund və imamlara, o cümlədən digər din xadimlərinə müraciətdə deyib.

O, din xadimlərinə xəbədarlıq edərək qeyd edib ki, bundan sonra din xadimləri bu məsələlərdə qəti şəkildə diqqətli olmalıdırlar: “Ancaq Azərbaycanda baş verənlərlə bağlı danışın, fikirlərinizi bildirin. Bundan başqa, hər hansı bir ölkədə, fərqi yoxdu qonşu ya uzaq ölkə olsun, bu barədə danışmayın, o ölkələrin işinə qarışmayıb”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri