24 
May
2017
15:57
94
24
1888
Virtual karabakh

Yayda keçiriləcək qəbul imtahanlarına 62028 abituriyent qatılacaq

24 May, 2017
15:57
1888

Yayda keçiriləcək qəbul imtahanlarına 62028 abituriyent qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb. 

İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 abituriyent (56347-si Azərbaycan, 5681-i Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 23509-u I, 17914-ü II, 16160-ı III, 4445-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri