24 
May
2017
15:21
14
199
3631
Virtual karabakh

Azərbaycanda məhbus özünü asdı

24 May, 2017
15:21
3631

Azərbaycanda məhbus özünü asdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə məhbus intihar edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əkrəm Fətəli oğlu Nəcəfov saxlandığı kamerada özünü asıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Ə.Nəcəfov 2015-ci ilin yanvarında xalası oğlunu qətlə yetirib. O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri