24 
May
2017
18:11
41
167
4552
Virtual karabakh

Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar

24 May, 2017
18:11
4552

Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb. 

Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Dənizkənarı Milli Park ərazisində - Neftçilər prospekti 49 ünvanının qarşısında baş verib. 

Lənkəran rayon sakini olan 1996-cı il təvəllüdlü Ülvi Şıxbabayev (ad və soyad şərtidir) özünü dənizə atıb. Parkın mühafizəçiləri onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.

Lakin burada məlum olub ki, intihara cəhd edən gəncin ciddi psixi problemləri var və ona yerindəcə sakitləşdirici vurulub. Daha sonra əraziyə cəlb edilmiş psixiatrik briqada gənc oğlanı ruhi-əsəb xəstəxanasına aparıb.

Faktla bağlı araşdırma aparılır. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri