25 
May
2017
22:45
14
180
3990
Virtual karabakh

Masallıda onlarla evdə çökmə baş verib – FOTO

25 May, 2017
22:45
3990

Masallıda onlarla evdə çökmə baş verib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunun üç kəndində onlarla evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək.

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri