26 
May
2017
10:10
141
22
2745
Virtual karabakh

Eldar Sabiroğlunun həbsdə olan müstəntiq oğlu kitab yazır

26 May, 2017
10:10
2745

Eldar Sabiroğlunun həbsdə olan müstəntiq oğlu kitab yazır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.

Vəkil qeyd edib ki, görüş zamanı o, R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Sabiq müstəntiq saxlanma şəraiti və səhhətindən şikayət etməyib: “Səhhəti normaldır, şikayəti yoxdur. Rüfət əsasən mütaliə ilə məşğul olur, ərəb dilini öyrənir. Hazırda o, həmçinin kitab yazır, əsas fikrini kitab yazmağa cəmləyib. Boş vaxtlarında bədii ədəbiyyat da oxuyur”.

Vəkil bildirib ki, R.Səfərov barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilsə də, hələlik şikayətə baxılacaq vaxt müəyyənləşdirilməyib.

Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud surətdə pozduğu üçün prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq həbs edilmişdi. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri