26 
May
2017
10:45
142
25
12241
Virtual karabakh

Bayramda neçə gün iş olmayacaq?

26 May, 2017
10:45
12241

Bayramda neçə gün iş olmayacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayramda 3 gün iş olmayacaq.

Oxu.Az-ın Nazirlər Kabinetinin qərarına istinadən verdiyi məlumata görə, Respublika günü münasibətilə 27, 28, 29 may tarixləri qeyri-iş günü elan edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən, may ayında qeyri-iş günlərinin sayı 4 gündür. 9 may Qələbə günü münasibəti ilə, 27, 28, 29 may Respublika günü münasibəti ilə rəsmi bayram günləri elan edilib.

Respublika günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri