26 
May
2017
10:51
173
35
23542
Virtual karabakh

Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib

26 May, 2017
10:51
23542

Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar.

Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyi aşkarlanıb.

M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib:

“Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri