26 
May
2017
13:16
72
52
5758
Virtual karabakh

“Space”in işdən gedən baş redaktoru: Əsəblərim yerində deyil – AÇIQLAMA

26 May, 2017
13:16
5758

“Space”in işdən gedən baş redaktoru: Əsəblərim yerində deyil – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının baş redaktoru, tanınmış telejurnalist Elman Gədikli vəzifəsindən azad olunub.

Oxu.Az-ın məlumatına görə, keçmiş baş redaktor Elman Gədiklini işdən getmə səbəbini ölkə.az-a açıqlayıb.

E.Gədikli bildirib ki, əsəblərində problem yarandığı üçün belə qərar verib: “Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa Space-ə qayıtdım”.

Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: “Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun”.

Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov Space-in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Məhz bu zəngdən sonra Gədikli işdən çıxarılıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri