26 
May
2017
13:10
150
16
4259
Virtual karabakh

Təhsil Nazirliyi: Heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin – RƏSMİ

26 May, 2017
13:10
4259

Təhsil Nazirliyi: Heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, indiyədək 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil:

“Ona görə də biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri