26 
May
2017
15:43
250
25
5806
Virtual karabakh

İyunun 1-də Bakı bulvarında attraksionlar pulsuz olacaq

26 May, 2017
15:43
5806

İyunun 1-də Bakı bulvarında attraksionlar pulsuz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dənizkənarı Milli Parkda attraksionlar, qatarlar və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Oxu.Az-ın trend-ə istinadən verdiyi məlumata görə, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri