26 
May
2017
22:42
43
263
31054
Virtual karabakh

Tovuzda bir ailəyə dəhşətli sürpriz – VİDEO

26 May, 2017
22:42
31054

Tovuzda bir ailəyə dəhşətli sürpriz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yemək və çay qaşığı və qayçı...

Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımov atasının qəbri ətrafında təmizlik işləri apararkən tapdığı əşyalar onu təəccübləndirib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumatına görə, R.Kazımovun müraciət etdiyi insanlar əşyaların cadu olduğunu bildiriblər. 

İndiyə qədər ailəsinin heç kimlə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı məlumatsız olduğunu deyib. 

Cadunun nə üçün basdırıldığı da onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz atasının qəbri ətrafına basdırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri