27 
May
2017
00:16
1165
20
12941
Virtual karabakh

Ramazan ayı başladı

27 May, 2017
00:16
12941

Ramazan ayı başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən İslam dünyasında Müqəddəs Ramazan ayı başlayıb.

Oxu.Az xəbər verir ki, dünən niyyət axşamı idi və bu gün isə Ramazanın ilk günü hesab olunur.

Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edir.

Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyun ayının 26-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri