27 
May
2017
09:46
29
316
6296
Virtual karabakh

Tovuzda imtahandan kəsilən qız intihara cəhd etdi

27 May, 2017
09:46
6296

Tovuzda imtahandan kəsilən qız intihara cəhd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda 17 yaşlı şagird qəbul imtahanından kəsildiyi üçün intihara cəhd edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü Ağayeva Təhminə Sucəddin qızı dünən keçirilən qəbul imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. 

Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri