27 
May
2017
15:08
37
99
6692
Virtual karabakh

Ağrısız, tez zamanda və münasib qiymətə özümüzü formaya necə sala bilərik? – FOTO

27 May, 2017
15:08
6692

Ağrısız, tez zamanda və münasib qiymətə özümüzü formaya necə sala bilərik? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Active Mom`s Club”ın növbəti seminarı bu aktual suala həsr olunub.

Sağlam həyat tərzi, sağlam qidalanma – sağlam gen fondudur! Sağlamlıqdan daha vacib nə ola bilər?! Əminik ki, heç nə! Sağlamlıq yoxdursa, yaşamağa da həvəs yoxdur. Düşünürük ki, bütün dəyərli və mühüm şeylər bu ifadədə yer alır. 

 “Active Mom’s Club” analar cəmiyyəti dietologiya və düzgün qidalanma akademiyası ilə birlikdə sağlam həyat tərzi və qidalanmaya həsr olunan seminar təşkil etdi. Mövzu ilə bağlı məsləhətləri seminarın aparıcısı, akademiyanın həkim konsultantı İradə İmanova verib. O, bədənin sağlamlığı üçün ziyan vurmadan gözəlliyi əldə etməyin sirrlərini açdı. O, nəinki sağlam həyat tərzi haqqında danışdı, həmçinin fərdi olaraq praktiki tövsiyələr verdi. Anaları narahat edən fərqli, mühüm suallara cavab tapıldı.

Görüşdə 30-a yaxın qadın iştirak edirdi. Onlar nəinki gözəl görünmək, həm də özlərini yaxşı hiss etmək istəyirdilər. Seminar iştirakçılarının özlərinin də vurğuladığı kimi təlim hərtərəfliliyi ilə bəyənilmişdi. Bir çox qonaqlar artıq tez zamanda seminarda səslənən praktik məsləhətləri tətbiq etməyə və nəticələri paylaşmağa hazırlaşırdılar.

Tədbirin qonaqlarının və mütəxəssisi ilə müsahibəni təqdim edirik.

İradə İmanova ilə müsahibə:

- İradə xanım, bu gün sağlam həyat tərzini bol su içməklə bağlayırlar. Artıq gün ərzində 2 və ya daha artıq litr su içmək dəb halını alıb. Bu nə dərəcədə düzgündür? Hansı əks təsirləri ola bilər?

- Su insan orqanizmi üçün sözsüz ki, çox mühüm əhəmiyyət kəsb edir.  Əgər insan ona lazım olacaq dərəcədə maye qəbul etmirsə, o zaman onun tərləmə prosesi pozulur. Su həmçinin həzm sistemində mühüm əhəmiyyət kəsb edir. Çünki məhz maye qidanın tez həll olunmasına gətirib çıxardır. Bu hər şeyin lazımi səviyyədə və qaydada davam etməsində iştirak edən  sağlamlıq mənbəyidir. Bizim orqanizmimiz hər gün kifayət qədər maye qəbul etməlidir. Lakin hər kəs üçün norma fərqlidir. Suyu düşünərək və razılaşdırılmış sxemə əsasən qəbul etmək lazımdır. Məsələn, 60 kq çəkidə olan şəxs gün ərzində 1,8 litr su içməlidir. Bəzi xəstəliklər zamanı isə suyu ehtiyatla içmək lazımdır.

-  Sağlam qidalanma deyərkən şüuraltı olaraq beynimiz ancaq bu sözü oxuyur “dieta”…

- Mən insanları qida ilə sağaldıram, dieta ilə yox. Mənim çiyinlərimdə böyük tibbi təcrübə dayanır, hansı ki mənə insanları savadlı şəkildə patoloji vəziyyətdən çıxartmağa icazə verir. Qidalanmanın düzgün forması tətbiq edildikdən bir ya iki həftə sonra pasiyentin vəziyyəti dəyişir.

Mənə yardım etməyim üçün 60 - 130 kq çəki aralığı olan insanlar müraciət edir. Burda vurğulamaq istəyirəm ki, artıq çəkili insanlar həm də sağlıq problemləri ilə gəlirlər. Məsələ, yüksək təzyiq. Biz  də əvvəlcə xəstəliyi aradan qaldırırıq, daha sonra arıqlatmağa başlayırıq.

- Siz qeyd etdiniz ki, qida ilə müalicə edirsiniz. Bu proses necə baş verir?

- Hər şeydən əvvəl mən insanı görməliyəm. Onu yoxlamalıyam, testdən keçirməliyəm. Gəlin kiçik bir test edək. Nədən imtina etməli olduğunuz halda vaz keçə bilmirsiniz?

- Məncə, bu, şirniyyatdır...

- Şirniyyat bədəndə çatışmayan xrom, sink, maqnezium və selen kimi mikroelementlərdir. Mən şirniyyatı bu elementlərlə zəngin olan digər qidalarla əvəz edirəm və siz şirniyyata baxanda artıq istəmədiyinizin fərqinə varırsınız.

-  Biz sağlam həyat tərzindən danışanda xüsusi qidalanma barədə düşünürük. Lakin bu xüsusi qidalanma hər kəsin cibinə uyğun olmaya bilər...

- Burda söhbət xüsusi qidalanmadan getmir. Hər kəs sağlam həyat tərzi sürə bilər. Mənim üçün bir həkim kimi insan orqanizminin bərpası prioritet məsələdir. Sağlam qidalanma – bu dəyərli qidalanmadır, onun üçün lazım olan vitaminlərlə və mikroelementlərlə orqanizmin zənginləşdirilməsidir.

Klubun üzvlərinin fikirləri:

Şəfəq Bəhlulova, HR mütəxəssisi

“Analar cəmiyyətinin tədbirlərində 3 ildən artıqdır ki, iştirak edirəm. Hər görüşdə aktual məsələlər gündəmə gətirilir və onlar hər dəfə aktuallığı, formatı və əhəmiyyətliliyi ilə təəccübləndirirlər. Bugünkü mövzu çox əhəmiyyətlidir. Mənim də bu mövzu ilə bağlı müəyyən problemlərim var. Bu gün mən bu problemlərin həlli üçün hazır resept əldə etdim. Bununla yanaşı, mənə mütəxəssis seçmək də lazım olmur. Mənim əvəzimə analar cəmiyyəti güvənə biləcəyim seçimi artıq edib”.

Sevinc Zamanova, sahibkar qadın

“Analar cəmiyyəti faydalı məsləhətləri bölüşür, maraqlı mütəxəssislərin çıxışına diqqət çəkir. Burada cəmiyyətin özəyi olan analar üçün lazımi informasiyalar səslənir. Gələcək nəslin tərbiyəsi analarda  asılıdır. Sağlam qidalanma mövzusu aktualdır. Sağlam qidalanma sağlam gen fondudur hansı ki, çox vacibdir. Əgər insan sağlamdırsa demək ki, o, xoşbəxtdir. Sağlam olmayan insan heç vaxt xoşbəxt ola bilməz, işlərində uğur əldə edə bilməz”.

Firuzə İsmayılova, rəhbər

“Bu günki sağlam qidalanma mövzusu dünyanın hər yerində olduqca aktualdır. Hər kəs düzgün bədən quruluşuna sahib olmaq, gözəl, təbii və sağlam olmaq arzusundadır. Bu məqsədlə insanlar arıqlamağın müxtəlif yollarına əl atırlar. Dieta saxlayırlar, dərmanlar qəbul edirlər, hətta cərrahlara müraciət edirlər. Lakin bir müddət sonra itirilən çəki yenidən qayıdır. Sağlam qidalanma yeganə yoldur ki, bədənə ziyan vurmadan gözəl nəticə əldə etmək mümkündür. Klub üzvü olan analar üçün cəmiyyət tərəfindən qaldırılan mövzular maraqlıdır. Onlardan bir çoxu gündəlik həyatımızda rastlaşdığımız problemləri əhatə edir və bizdən hər biri özünə hazırki həyat tərzinə  yaxın mövzunu seçib iştirak edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri